Xəstəliklərdən çayla xilas olun

0

Bitkilərin orqanizmə təsiri əvəzolunmazdır. Bəs görəsən hansı çay hansı xəstəliyə müsbət təsir göstərir?

Cökə: 

Soyuqlama və qripə qarşı ən çox istifadə olunan bitkidir. Öskürəyə də kömək edir. Bununla yanaşı qəbizliyin qarşısını almaqda də təsirlidir. 

Razyana: 

Həzmi asanlaşdırır, köpü aradan götürür, süd artırıcı təsirə malikdir. 

Cirə: 

Köpü aradan qaldırır, həzmi asanlaşdırır və sakitləşdirir. Süd verən analar üçün xüsusilə xeyirlidir. 

Çobanyastığı:
 
Yuxusuzluğa yaxşı təsir göstərən bir bitkidir. Rahatlaşdırıcı təsiri var. Uşaqlara 6 aydan sonra həkim məsləhəti ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər. Ancaq bəzi çobanyastığı növlərinin zəhərli olduğu unudulmamalıdır.

Nanə: 

Ağrını aradan qaldırır, ürək bulanması və qusma zamanı faydalıdır. Limonla birgə istifadə olunan çay 6 yaşdan yuxarı uşaqlara verilə bilər.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.