Tinatin Xidaşeli: Gürcüstan MAP deyil, NATO-ya üzv olmağı istəyir

0

Gürcüstan MAP deyil, NATO-ya üzv olmağı istəyir – bu haqda müdafiə naziri Tinatin Xidaşeli “Xronika” verilşində bildirib. Tina Xidaşelinin dediyinə əsasən MAP nə məqsəd nə də əsas məsələ deyil.
“Əsas odur ki, Gürcüstan NATO üzvləri yolunda dursun. Bunun real şansı və imkanları var”, – bildirib Xidaşeli.
Nazirin dediyinə görə, “1 dekabr tarixində Xarici İşlər  Ministerialından çıxacaq sənədlər çox müsbət olacaq. Bu isə Gürcüstanın Varşavaya yolunu açacaq”.
Tinatin Xidaşeli bildirib ki, MAP olmadan da Gürcüstanın NATO üzvləri yolunda durmağa böyük şansı var.
“Sabah İsveç qərar versə, necə düşünürsünüz, deyəcəklər ki, siz hələ MAP-ı keçməlisiniz və daha sonra üzv olacaqsınız? Buna hamının eyni cavabı var, bu belə olmayacaq”, – bildirib  Almanıyadan canlı yayıma qoşulan Xidaşeli.
Xatırladaq ki, Gürcüstan müdafiə naziri Almaniyada səfərdədir və səfər çərçivəsində alman həmkarı ilə görüşdü.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.