Telavidə həlak olan polisləri bu gün dəfn edəcəklər

0

Telavidə öldürülən polisləri bu gün dəfn edəcəklər. Vətəndaş vida mərasimi Telavi Müqəddəs Məryəm adına kilsədə keçiriləcək. Kaxetidə baş naziri və daxili işlər nazirini də gözləyirlər. 

Xatırladaq ki, patrul-inspektor Maia Cavaxişvili və polis kapitanı Qela Lamazoşvili 30 dekabr tarixində qətlə yetiriliblər. 

Daxili İşlər Nazirliyinin məlumatına əsasən ittiham edilən polislərə atəşi öz həyətindən açıb. Hadisə nəticəsində polis kapitanı yerindəcə, Maia Cavaxişvili isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. 

Hüquqmühavizəçilər ittiham edilən şəxsi isti iz əsasında yaxalayıblar. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.