Tbilisi Botanika bağında “Yapon Bağı” açıldı

0

Gerçək bir Yapon Bağı –  oniki Sakura ağacı, “Tahoto” stilindəki daşlı qala və Fudziyamanın mini-kopyası – Tbilisi Botanika Bağının bir qüşəsində yaradıldı. Yapon Bağı 250 kvadrat metrlik ərazidə yerləşir. Bağın dizaini ilə, məşhur Yaponiya şirkəti məşğul oldu. Yapon Bağına baxan Tbilisi Botanika bağının əməkdaşları xüsusi hazırlıq keçdilər.  Yapon bağını original ənənəvi stilini və texnikasını qoruyaraq yaradıldı. Botanika bağına daxil olduqdan sonra, Yapon Bağına doğru ənənəvi körpü gedir, hansına ki, rituallı “Toriya qapılarından” keçərək daxil olursan.  Bağda Fudziyamanın mini-skulpturası və hətta yapon vulkanının qurumuş lava hissəcikləri də var. Məşhur Sakuradan başqa, yapon bağında digər ağacların müxtəlif növləri də əkilib. Layihə Şəhər Meriyasının büdcəsindən maliyyələşdirilib və dəyəri 200 min lari təşkil edir (təqribən $86 min). Layihə başa çatdıqdan sonra, bütün xərcləri Yaponiya tərəfi ödəyəcək. Qrantı Yaponiyanın Gürcüstandaki Səfirliyi verəcək.  Yeni Yapon bağının ən önəmli hissəsi “Toriya qapılarıdır”. Bağa gələn hər bir insan bütün mənfi emosiyalarını və problemlərini o qapıda buraxıb, içəri müsbət emosiyalarla daxil olmalıdır, — deyirlər bağın qurucuları.  Yapon bağı artıq indidən çay mərasimlərinə hazırdır. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.