Tamuna Maçaraşvili: “Biz onlardan “qonaq” etiketini qoparmalıyıq”

0


“R
əngarənglik” ən sevdiyim kəlimələr arasındadır. Əgər sevdiyim başqa kəlimələrlə də maraqlanırsınızsa, bunlardır: sevgi, hörmət, qayğı, diqqət, nəvaziş, təbəssüm, qucaqlamaq… Dünyanın ən sevimli sözləri mənim sevgi lüğətimə daxildir.

Bu gün elə söhbəti rəngarənglik mövzusunda aparacağıq.

Sizin həyatınızda neçə rəng var?

Rəng burda mədəniyyət, insan, din, millət, yemək, park və s. şeylərdir.

Dünyanı rənagrəng edən çox varlıqlar, görüşlər, dinlər, mədəniyyətlər var. Amma bunları görən bilən rəngarəng insanlar çox azdır.

Rəngarənglik dünyanın xoşbəxtliyi, bunu görə bilən insan isə xoşbəxtdir.

26 may Gürcüstanın müstəqillik günüdür və bu il Rustaveli prospektindəki şənlikdə hər yerdə bu cümlə eşidilirdi: “Rəngarənglik bizim zənginliyimizdir”. Bunu eşitmək məni necə də xoşbəxt edirdi!

Gürcüstanın rəngarəngliyini görə bilən xoşbəxt bir insanla sevgi dolu bir söhbət etdim mən. Tamuna Maçaraşvili İlia Dövlət Universitetinin magistratura tələbəsidir. Gənclik işcisi olan Tamuna, müxtəlif QHT-lərlə əməkdaşlıq edərək ya şəxsi təşəbbüsü ilə dostlarıyla birgə rəngarəngliyə aid olan, etnik qrupların bir-biriylə olan əlaqəsini gücləndirmək istiqamətində layihə13336246_1093310517374791_1091911178_nlər həyata keçirir.

Tamuna rəngarəngliyi özünəməxsüs təsvir edir və qeyd edir ki, həyatında çox rəng olmasa da, onun həyatına daxil olan hər bir rəng həyatını daha da maraqlı və fərqli edir: “Sanki, daha çoxlu ruha çevrilirsən və kainatı başqa insanların gözüylə dərk etməyi öyrənirsən. Fərqli mədəniyyətdən olan insanlarla ünsiyyət zamanı çox zaman məhz sizi fərqləndirən, məsələn, məni gürcü, kimisə yapon edən fərqlilikləri axtarırsan, amma kəşf edirsən ki, biz insanların fərqlilikdən çox oxşarlıqlarımız var. Rəngarənglik mənim üçün fərqliliklərin harmonik uyğunluğudur”.

Tamuna 2012-ci ildə “Gürcü dili gələcək uğur üçün” adlı layihədə iştirak edərək etnik ermənilərin və azərbaycanlıları yaşadığı kəndlərə məktəbdə dərs keçmək üçün yaşamağa gedib. O, ilk öncə erməni kəndinə getməklə fərqli mədəniyyətdən olan insanlarla ilk dəfə qarşılaşdı, lakin, öz komfortundan bunun üçün imtina etməyə dəydiyini düşünürdü, çünki, öz ölkəsi üçün dəyərli bir iş gördüyünün fərqində idi: “Təbii ki, yad mühitdə, üstəlik, yeganə gürcü olduğun halda yaşamaq asan deyil. Ora öz individuallığını aparırsan amma həm də çalışmalısan ki, oranın qaydalarına uyğunlaşasan, onların mədəniyyətinə hörmət edəsən. Bunu çox qiymətləndirir və bu zaman sənə daha da güvənirlər”.

Erməni kəndindən sonra Tamuna etnik azərbaycanlıların yaşadığı kəndə getdi, onlara qarşı stereotipləri olduğunu etiraf amma hamısının yox olduğunu qeyd edir. Tamuna orda ona necə qayğı göstərdiklərini də deməklə böyük sevinc hissi duyduğunu da qeyd edir: “Tez-tez yadıma düşür, müsəlman ev sahibi necə təvazökar davranırdı mənim ikonalarıma, xüsusi olaraq mənim üçün oruc yeməkləri hazırl13341965_1093311814041328_245716122_nayırdı. Bu münasibət mənim üçün hər şeyi deyir və sözlər belə lazım deyil. Bu iki il həyatımın çox əhəmiyyətli illəri idi”.

Qarşılaşdığı iki fərqli,erməni və azərbaycan mədəniyyətlərindən sonra Tamuna gürcü mədəniyyətiylə də müqayisələr edərək bu qənaətə gəlib ki, əslində, ünsiyyət zamanı, əgər insanlar bir-birilərini başa düşürsə, orda qaydalar, adətlər ikinci dərəcəli olur: “Hər iki etnos öz adətlərini, dilini, dinini qoruyub saxlamışdı amma ümumi birgə Qafqaz yaşamının izi, təbii ki, mövcuddur, bu isə xüs
usilə qonaqpərvərlik adətində görünürdü. Azərbaycan icmasında Novruz Bayramına hazırlıq ərəfəsində məndə elə hiss var idi ki, Ağdgoma gəlirdi, mahiyyətcə ümumiyyətlə fərqlidirlər amma bu bayramlara xas olan xeyli oxşar simvollar var.”


“Yadlaşmaq problemi ünsiyyət təcrübəsinin olmadığı yerdə yaranır və ünsiyyət təcrübəsinin də yarandığı yerdə bitir”
– Tamuna bu sözləri deməklə, əslində əlaqə, ünsiyyət yaratmağın necə də əhəmiyyətli olduğunu vurğulayır. O, qeyd edir ki, cəmiyyətdə mövcud olan bəzi stereotiplər bizə icazə vermir ki, başqa insanlarla ünsiyyət quraq, çünki fikirləşirik ki, bir-birimizi başa düşməyəcəyik. Biz form13324316_1093298700709306_611706383_oalaşmış bu baxışlara fikir verməməli, onları qırmalıyıq. Tamuna inanır ki, buna istək olmalı və bu istək də ikitərəfli olmalıdır: “Mən etnik gürcü də maraqlanmalıyam etnik qeyri-gürcülərin taleyi, tarixi, mədəniyyəti, onların maraqları ilə və yalnız onlardan gözləməməliyik gürcü mədəniyyətinə qarşı maraq göstərməyi. Biz əgər yüksək vətəndaş təfəkkürü istəyiriksə, bu insanlara ölkənin tikilməsində onların rolunun və iştirakının vacbliyini hiss etmirməli və göstərməliyik. İnsan özünü bir ölkənin hissəsi hiss etmirsə, o zaman onun üçün bir şey etməyi də çətinləşir. Biz onlardan “qonaq” etiketini qoparmalıyıq”.

Mənim rəngarəng həmsöhbətim məsələnin həllini təhsil sistemində görür. Bu məsələdə onunla razılaşmaya bilmərəm. Əgər biz təhsili ölkənin fundamenti hesab ediriksə, onda onun yararsız, xarab olması nəyə faydalıdır?

Çürük təhsil sistemi üstünə əksik cəmiyyət, ölkə qurulur. Bir ev kimi təsəvvür etsək, evin əsası da möhkəm olmazsa, o da asanlıqla dağıla bilər.

Tamuna çox təəssüf hissi ilə qeyd edir ki, elə çoxluğun da azlıq üzvlərinin də məktəb təhsili nifrət ismarıclarıyla doludur. O, əlavə edir ki, bizə bir-birimizi qəbul etməyi öyrətmirlər, bizi birgə yaşama və ümumi gələcəyə hazırlamırlar: “Tarixində öz əcdadlarının qəhrəmanlığını, ədəbiyyatında öz şairlərini, yazarlarını görə bilməyən, incəsənətində bəstəkarları, müğənniləri ya da rəssamları tanınmayan ölkəni SEVMƏYİ tələb edə bilmərik insanlardan. Bunların hamısı əgər görsənərsə, düşünürəm ki, əcdadlarının yollarını davam etdirərək ölkənin gələcəyini qurmaq üçün onların həvəsi daha da yüksək olar.”

Sevginin böyük gücü var.

Sevgi dünyanı xilas edəcək!

 Müəllif: Nərmin Hüseynova

13295125_1093316200707556_297868561_n

13336246_1093310517374791_1091911178_n

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.