“Tamaz Meciauri – Vahid Gürcüstan Naminə” partiyası azərbaycanlılara müraciət ünvanlayıb

0

Əziz eloğlular və elqızları, Gürcüstan siyasi tarixində ilk dəfədir ki, ciddi bir siyasi təşkilat Gürcüstanda yaşayan azərbaycanlılara yüksək önəm verərək partiya siyahısında 9-cu yeri milliyətcə azərbaycanlı nümayəndəyə verdilər. Eyni zamanda partiyanın ən yüksək qurumunda, siyasi şurasında azərbaycanlı təmsil olunur. Bu bir tərəfdən Gürcüstanda gedən demokratik proseslərin inkişafından, milli bərabərlik, bərabər hüquqlu vətəndaş anlamına gəlirsə, digər tərəfdən də Gürcüstanda yaşayan soydaşlarımızın siyasi fəallığının artması ilə əlaqədardır. Bu günləri Tamaz Meciaurinin rəhbərlik etdiyi “Vahid Gürcüstan Naminə” partiyası, Gürcüstanda azərbaycanlıların yaşadığı bütün bölgələrdə azərbaycanlı namizədlər irəli sürdü. Yeni yaranan bu pariya, yarandığı gündən bütün millətlərə, o cümlədən azərbaycanlılara qarşı Gürcüstan vətəndaşı mövqeyindən çıxış etdi. Ona görə də eloğlu və el qızlarımıza müraciət edərək seçkilərdə fəal olaraq iştirak etmələrini, birlik nümayiş etdirmələrini, seçiminizdə isə 7 nömrəni “Vahid Gürcüstan Naminə” partiyasını dəstəkləmənizi tövsiyə edirik.
Əgər yığılıb qalmış, həllini gözləyən çox saylı problemlərinizin həll olunmasını istəyirsinizsə seçki günü 7 nömrəyə səs verin!

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.