Uels millisinin lideri Qaret Beyl uzun müddət “Real”ın uğurları üçün çalışacaq. Tərəflər arasında bu gün rəsmi müqavilə imzalanıb. Klubun rəsmi saytında yer alan məlumata görə, Beyl 2022-ci ilə qədər “kral klubu”nun şərəfini qoruyacaq. Beyl 2013-cü ildə “Tottenhem”dən transfer olunub.