Qızılhaclı kəndinin #48 seçki məntəqəsində baş vermiş insidentlə bağlı 6 nəfər həbs edib

0

Qızılhaclı kəndinin #48 seçki məntəqəsində baş vermiş insidentlə bağlı polis səhər saatlarında 6 nəfəri həbs edib. Milli Hərəkat partiyasının aktivistləri olan gənclərin həbs edilməsindən bir neçə saat sonra əhali Marneuli polis binasının qarşısında toplandı. Hadisə yerinə gələn “Gürcü Arzusu” partiyasının deputatı Mahir Dərziyev “Milli Hərəkatın” aktivistlərini #48 saylı seçki məntəqəsində baş vermiş insidentdə günahlandırır. Dərziyev konkret olaraq bildirir ki, Milli Hərəkatın üzvləri seçki məntəqəsinə daşla dolu böyük yük maşını gətirmişdilər. Xatırladaq ki, 100-nəfərə yaxın aktivistin #48 seçki məntəqəsinə getməsi nəticəsində orada insindent baş verdi. Aktivistlər seçki məntəqəsinin yerləşdiyi məktəb binasına daşlar ataraq şüşələri sındırdılar. Daha sonra, xüsusi təyinat qüvvələrinin gəlməsi ilə insindent başa çatdı. İnsident nəticəsində Marneuli Polis İdarəsinin rəis müavini Ramin İsmayilov xəsarət aldı və o hələdə xəstəxanadadır. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.