Nərminə Sadıqova: “Gürcüstanda yadımda qalan – qədimilik, gözəl təbiət, şəhərin incəsənətə önəm verməsi”

0

22-27 iyun arası Azərbaycandan bir qrup gənc Gürcüstana biznestur təşkil etmişdir. Young Business Factory şirkətinin bu biznesturunun məqsədi Gürcüstanda fəaliyyət göstərən bir neçə dövlət və özəl müsəssisələrlə tanış olmaq və orda gedən işi Azərbaycandakı ilə müqayisə etmək idi.

Tur barədə layihənin rəhbəri, gözəl və uğurlu xanım,  Nərminə xanım Sadıqovayla söhbət apardıq.

Nərminə Hüseynova

musahibe3− Nərminə, özünü oxucularımıza təqdim et

− Salam, mən Nərminə Sadıqova, 2010-cu ildə Zəkalar liseyini bitirib, Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı bölümünü bitirmişəm və 2015-ci ildən bu günə kimi Azərbaycan Dövlət İqtisad  Universitetinin MBA üzrə magistr pilləsində təhsil alıram. İş təcrübəsi olaraq bakalavr təhsilim müddətində məktəb və kurslarda müəllim kimi çalışmışam amma daha sonra HR sahəsinə marağım olduğu üçün  bu sahədə inkişaf etməyi qərara aldım və HR koordinator olaraq otel sferasında təcrübə qazandım. 2016-cı ilin yanvar ayından etibarən  isə bizim dəyərli  Young Business Factory şirkətində HR menecer vəzifəsində çalışıram

− Young Business Factory təşkilatının yaranma səbəbi və məqsədi nədir?

− Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil etməkdir. Məqsədimiz gənclərin sosial aktivliyini artırmaq, təhsillə bağlı problemlərinin həllində tələbələrə yardım etmək, gənclərin inkişafına töhfə vermək və təhsil, innovasiya, inkişaf üçün əlverişli şərait yaratmaqdır.

− Təşkilat çərçivəsində Gürcüstana biznesturunuz baş tutdu. Bildiyim qədəri ilə, bu ilk deyil, bundan əvvəl də gəlmisiniz Gürcüstana. Bu ölkəni hansı səbəblərə, kriteriyalara görə seçdiniz?

− Gürcüstanda keçirdiyimiz ikinci bizness tur olmasına baxmayaraq bizim gənclərin və gənc sahibkarların Gürcüstana və xüsusilə də Tiflisə olan marağını nəzərə alaraq yenidən biznes turların keçirilməsini planlaşdırırıq. Məhz Tbilisi şəhərini seçməyimizin səbəbi orda olan biznes mərkəzlərində olan iş şəraiti ilə iştirakçıların tanış olması, Bakı və Tiflisin oxşar və fərqli cəhətlərində düzgün müqayisələrin aparılması və inkişaf yönümlü qərarların verilməsində turların onlara təcrübə qazanmasına nail olmaqdır

− Getdiyiniz yerlər sizə necə təəssürat bağışladı? Ən çox yadda qalan və ya maraqlı olanı hansı idi?

musahibe 4

− Bu turumuzda  Public Service Hall, Hotels Preference Hualing Tbilisi, Georgian Parliament, Paşa Bank, İlia Dövlət Universitetinə getdik. Hər bir mərkəzlərdən yeni bir şey öyrənsək də, mənim üçün ən yadda qalan İlia Universiteti və Public Service Hall  oldu. Universitetdə yeni texnologiyalar xüsusən 3D printer və lazer cihazlarının istifadəsi təqdirə layiqdir. Mühəndislik sahəsində olan inkişafları və xüsusilə video oyunları sahəsində əldə etdikləri nailiyyət iştirakçıları təəccübləndirdi. Çünki Azərbaycan universitetlərində tələbələrin bu sahəyə marağı çox olsa da, bu sahə üzrə ixtisaslaşma yox dərəcəsindədir. Public Service Hall ilə Azərbaycanda fəaliyyət göstərən Asan Xidmətin xidmət sahələri demək olar ki, eynidir. Bu müəssisələrin fərqli, üstün və oxşar cəhətləri olsa da düşünürəmki Azərbaycanın Gürcüstan ilə əlaqələrini bele müəsisələrin birgə fəaliyyəti ilə də daha da gücləndirmək mümkündür. Tək müəssisələr, dövlət sektorları yox, həmçinin təhsil sahəsində, universitetlərin də əməkdaşlıq, birgə fəaliyyət və naliyyətlərə imza atması təqdirə layiq olardı.

− Başqa müqayisələr edirdinizmi? Azərbaycanı və Gürcüstanı eyni müəssisələrdə gedən iş baxımından fərqləndirən amillər nələrdir?

− Təbii ki, müqayisələr həm işçi heyət və iştirakçılarımız tərəfindən aparılırdı. Fikrimcə bu daha geniş müzakirə tələb edən məsələdir. Azərbaycan inkişafda heç geridə qalmasa da, turist axını və xüsusilə hər kiçik şeyləri dəyərləndirmələri bizdə çatışmayan ən vacib cəhət idi. Düymeden belə nəsə düzəldib maraqlı bir şey ortaya çixardıqlarının şahidi olurdum. Şəhərin bəzi hissələrində həddindən artıq köhnəlmiş yerlər hissələr var idi, amma bir nüans var ki, qədim şəhərdə təzəlikdən çox  ilə yeniliyə üstünlük verilirdi

− Gürcüstanı sizin üçün unudulmaz və fərqli edən 3 maddə olaraq nələri deyərdiniz?

− Qədimilik, gözəl təbiət, şəhərin incəsənətə önəm verməsi

− Gələcəkdə növbəti səfər hara planlaşdırılır və Gürcüstanda sizi yenə gözləyəkmi?

− Macaristan, Çexiya, Türkiyə və Gürcüstanda biznes triplərimiz gözlənilməkdədir. Bizi mütləq gözləyin, ən qısa zamanda bu proqram yenidən layihələndiriləcək, çünki növbəti turlar üçün artıq hazırlıqlar gedir.

musahibe1

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.