LANCET Tibb Mərkəzi pasientlərə təmənnasız marşrut açır

0

2 avqust tarixindən etibarən Yormuğanlı (Qaraçöp) kəndindən səhər saat 9:00-da Tbilisi LANCET Tibb Mərkəzinə doğru mikroavtobus çıxacaq, 18:00-da isə Tbilisi LANCET Tibb Mərkəzindən Yormuğanlı kəndinə yola düşəcək. 

Eyni qaydada Bolnisi rayonun Darvaz kəndindən başlamaq şərtilə, rayonun yol kənarı kəndlərindən keçməklə, Marneuli şəhəri də daxil olmaqla səhər saat 9:00-da Tbilisi LANCET Tibb Mərkəzinə doğru mikroavtobus çıxacaq, 18:00-da isə Tbilisi LANCET Tibb Mərkəzindən Bolnisə doğru yola düşəcək. 

Qeyd edilən marşrut pulsuz olacaq. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.