Kia yeni Rio-nu göstərdi

0

Koreya sedanı “Rio”-nun yeni görünüşü əks olunan şəkillər peyda olub. Çin KİV-ləri sedan “Kia Rio”-nun kamuflyajsız yeni şəkillərini yayıblar. Əvvəlki şəkillərdən fərqli olaraq, yeni fotolar modelə müxtəlif rakurslardan baxmağa imkan verir. Modelin yeni xarici görünüşü Koreya brendinin aktual üslubunda hazırlanıb və bir qədər “Optima”-nı xatırladır. Banın silueti və ölçüləri saxlanılıb. İlkin məlumata görə, yeni nəsil enli təkər bazası alacaq ki, bu, salonu genişləndirməyə imkan verəcək. Yeni “Rio” noyabr ayında Çində debüt edəcək və bir qədər sonra satışa çıxarılacaq. Yeniliyin mühərrik qammasına təkmilləşdirilmiş 1,4 və 1,6-litr olmaqla iki benzin mühərrik daxildir ki, onlar ya “avtomat”, ya da “mexaniki” sürət qutuları ilə birgə işləyəcəklər. Bəzi şayiələrə görə, 1,2-litrlik turbo mühərrik də peyda ola bilər.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.