Kaxetidə baş verən avtomobil qəzasında 36 əsgər yaralandı, biri isə, həlak oldu

0

Kaxetidə “Kamaz” markalı hərbi avtomobil qəzaya uğradı. Avtomobildəki 37 əsgərdən biri yerindəcə həlak oldu.  Qəza Dedoplistskaro-Siğnaği-Tbilisi avtomagistralında, Bodbeyə doğru gedən yolda baş verdi. Faktla əlaqədar, Gürcüstanın cinayət məcəlləsinin 276-cı maddəsinə əsasən, istintaq aparılır. Qeyd olunan maddə nəqliyyat vasitəsinin ekspluatasiya və təhlükəsizlik qaydalarını pozaraq, insan həyatına zərərə yol açan nəticəyə səbəb olmağı nəzərdə tutur. Qəza zamanı yaralanan əsgərləri Kaxeti bölgəsinin müxtəlif xəstəxanalarına yerləşdirdilər.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.