İranla Çin arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb

0

İran Çinlə hərbi əməkdaşlığa dair sənəd imzalayıb. Sənəddə iki ölkə arasında hərbi sahədə əməkdaşlığının inkişaf etdirilməsi,  təcrübə mübadiləsinin aparılması, terrorizmlə mübarizə və kursantların təlimləri kimi məsələlər yer alıb. Sazişi Tehranda rəsmi səfərdə olan Çin müdafiə naziri Çanq Vanquanla İran müdafiə naziri Hüseyn Dehqan imzalayıb. Qeyd edək ki, 3 günlük səfər zamanı Ç. Vanquan İranın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Müzakirələr zamanı əsasən hərbi sahədə ikitərəfli əlaqələrin inkişafına və beynəlxalq məsələlərə diqqət yetiriləcək. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.