İlkin Həsənov: “Gürcü cəmiyyətində Azərbaycan haqqında çox informasiya yoxdur” – MÜSAHİBƏ

0

Bizim evdə 12 saatın 11 saatı ərzində TV-da türk kanalları açıq olur. Hər nə qədər ailə üzvlərimi bu “vərdişdən” çəkindirməyə, vətəndaş olmaq üçün gürcü kanallarının bizim üçün daha əhəmiyyətli olduğunu desəm də, bir nəticəyə çata bilmirəm. Buna görə məcbur oluram ki, xəbərlərə internet vasitəsilə baxım.

Təsəvvür edin, vətəndaş olmaq istəyirik amma ölkəsindən asılı olmayaraq, ictimaiyyətdə baş verənlərdən xəbərimiz yoxdur. Bu zaman çox güman ki, qonuda-qonşuda, qohumluqda deyilənə inanır və sadəcə bunlarla kifayətlənirik.

Mediaya çox vaxt qanunverici hakimiyyət, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən sonra dördüncü hakimiyyət kimi adlanır. Media üstünə vəzifə olan məhz qərəzsiz, tərəfsiz və obiyektiv məlumatı, informasiyanı çatdırmaqdır. O, ictimai fikrin formalaşmasında çox böyük rol oynayır.

Bu gün məhz mediadan danışıb, Gürcü mediasının Azərbaycan vətəndaşı tərəfindən qiymətləndirilməsi ilə tanış olacağıq.

Artıq 2 ildir ki, Tiflisdə təhsil alan İlkin Həsənov öz maraqlı fikirlərini bildirərək Gürcüstan və Azərbaycan təhsil sistemlərinin müqayisəsi, tələbələrin fəallığı və gürcü ictimaiyyətinə qoşulması kimi bir çox mühim məqamlara toxundu

Nərmin Hüseynova

12243317_914322655302661_6683518608676810521_n – İlkin Həsənov kimdir?

 Bu suala cavab vermək mənim üçün çətindir. Bir cümlə ilə ifadə ediləcək və tanınacaq qədər məşhur deyiləm. Xoşlayıram ki, mənim haqqımda başqaları danışsın.

–  İlkin, biz Gürcüstandan gedib xarici ölkədə oxuyan tələbənin təcrübəsi ilə azdan-çoxdan tanış olduq keçən müsahibələrimizdə. Mənə maraqlıdır, Gürcüstan xaricdən gələn tələbələrə ev sahibliyi edərkən necədir, nə kimi təhsil və şəraitlər təklif edir, bura hansı programla, necə gəldin, Gürcüstanda oxumaq sənin üçün nə ifadə edir, sənə yeni nələr verdi. Biraz bu barədə danışardın

 Açığı Gürcüstanın təhsil sistemi Azərbaycandakından çox da fərqli deyil. Buna baxmayaraq Gürcüstanda təhsil almağın bir çox üstünlükləri var. Bütün dövlət üniversitetlərində Qərb ölkələri ilə tələbə mübadilə proqramları fəaliyyət göstərir. Universitetlərdə xarici dil, əsas da İngilis dili, yüksək səviyyədə tədris olunur. Çalışqan tələbələr bir il mübadilə proqramı ilə gedib təhsillərini Avropa ölkələrində davam etdirib qayıdırlar öz ölkələrinə. Tələbələrə dövlət tərəfində naqliyyatda və digər sahələrdə güzəştlər var. İctimai nəqliyyatda 50 % endrim, kinoteatrlarda bəzi geyim mağazalarında və fast-food restoranlarında endrim tətbiq olunur.

Bayaq qeyd etdiyim kimi, elə də dərin fərqliliklər yoxdur təhsil sistemlərimizdə, yeni gələndə bunun böyük olduğunu fərz edirdim amma zamanla oxşar problemlərin Gürcüstanda da olduğunu gördüm. Fərq ondadır ki, Gürcüstan artıq Avropa yolunu tutub, bunun uçün  real addımlar atır. Əhalinin xaricdə təhsil alma nisbəti Azərbaycandan yüksəkdir. Misal üçün, Erasmus proqramında faydalanan daha çox gürcü tələbə tanıyıram amma Azərbaycan haqqında bunu deməkdə çətinlik çəkirəm. Bütün bunlara baxmayaraq Gürcüstanı ideal təhsil mühiti kimi dəyərləndirə bilmərəm, hələ də təhsil sistemində bir çox gözə çarpacaq problemlər mövcuddur. Xoşbəxtlikdən mənim təhsil aldığım universitet Gürcüstan üzrə ən yaxşı özəl universitetdir, ABŞ və Avropa dövlətlərində tətbiq olunan proqram əsasında fəliyyət göstərir.

2014-cü ildə ABŞ-in Azərbaycandakı səfirliyindən qrant udaraq Gürcüstan İctimaiyyətlə Əlaqələr İnistitunun (GİPA) Jurnalistika və Media Menecment ixtisasına qəbul olunub magistr dərəcəsi üzrə təhsilimi davam etdirirəm. Burada oxumaq mənə daha çox elmi mühitdə olmaq, xarici təcrübə ilə yaxından tanış olmaq imkanı yaratdı.

– Sözsüz qarşılaşdığın çətinliklər də oldu. Elə ən başlıcası dil bariyeri olmalıdır, lap başdan bura uyğunluq, küçələri tanımaq və s. Qarşılaşdığın çətinliklər nələr oldu? Necə başa çıxa bildin?

– Ən əsas çətinliyim dil problemi oldu, daha doğrusu əlifba problemi. Hələ də bu çətinliyin öhdəsindən gələ bilməmişəm. İlk əvvələr mühit də mənim üçün problem idi amma bir müddətdən sonra dəyişdi vəziyyət, həm burada yerli həm də gəlmələr arasında özümə uyğun olan insanlarla ünsiyyət saxlayıram. Yenə də uzun illərlə qazandığım dostlarımdan uzaqdayam deyə bilərəm. İstənilən halda yeni mühitlərə uzlaşmaq çətin olur, yeni insanlar qəbul olunmurlar yaxud da bu çox uzun zaman alır. Düşünürəm ki zamanla hər şey qaydasına düşəcək.

– Sən bir jurnalistsən və təbii ki, jurnalistikanın mütləq qərəzsiz, tərəfsiz, obiyektiv olmasını dərk etmisən artıq. Ümumilikdə, ya hansısa ölkəni götürərsək, jurnalistikanın günümüzdə olan yaxşı və pis tərəfləri nələrdir?

– Ölkə ilə demək çətindir çünki, hazırda Qərb ölkələrinin çoxunda beynəlxalq  jurnalistika prinsipləri güclüdür və bütün media orqanları buna riayət edirlər. Hazırda ən böyük problemlər xəbərin şişirdilməsi və təbliğat məqsədiylə geniş istifadə edilməsidir. Xüsüsən də regionumuz ərazi, etnik, milli münaqişələrlə zəngin olduğu bir vaxtda Qafqaz informasiya savaşının ortasında qalır. Bu isə hələ beynəlxalq jurnalistika prinsiplərini tam məniməməmiş mediamız üçün hədsiz təhlükəlidir. Bu ona bənzəyir ki, hələ oyun qaydalarını öyrənmədən öncə oyuna yeni başlayan birinə necə hiylə işlətməyi öyrədirsən.
–  Burda yaşadığın müddətdə Gürcü mediası ilə nə kimi tanışlığın oldu? Əvvəlcə ümumilikdə, sonra isə burda yaşayan etnik azərbaycanlılar üçün nəzərdə tutulan kanalımı deyim, məlumatımı, programımı, necə qiymətləndirərdin? Ümumilikdə əhalənin və, həmçinin, etnik azərbaycanlıların gürcü mediasına olan münasibətini necə qiymətləndirərdin?

– Gürcü mediasi ilə tanışlığım müxtəlif media orqanlarının rəhbərlərinin GİPA`da oxuduğum müddətdə bizə qonaq kimi gəlmələrindən və onların çıxışlarından oldu. Azərbaycan mediası ilə müqayisədə reklam bazarının olmağı və azad sözün Gürcüstan mediasında olmağı məni sevindirir. Amma açığı Gürcüstan ilə bağlı xəbərləri mən yerli media orqanlarının ingilis dilli saytlarından izləyirəm. Azərbaycan dilində bildiyim elə bir resurs yoxdur. Azərbaycan dilli dinləyicilər uçün radionun fəaliyyət göstərdiyini bilirəm amma onu da dinləyə bilmirəm, mobil versiyası ya yoxdur ya da mən bilmirəm.

Burda olan dostlarımdan bilirəm ki, sosial şəbəkələrdə əhəmiyyətli mövzular qısa vaxt ərzində yayılır və geniş müzakirələrə səbəb olur. Mən də dostlarım vasitəsiylə soruşaraq yaxud da tərcümə proqramlarını köməyi ilə bu xəbərləri ala bilirəm.

Etnik azərbaycanlıların xüsusən də tələbələrin mediada az təmsil olunduğu qənaitəndəyəm. Tbilisi Dövlət Universitetində etirazlar olan zaman xeyli sayda etnik azərbaycanlı tələbə ilə əlaqə saxladım və problemin nə olduğunu öyrənməyə çalışdım. Təəssüflə xatırlayıram ki, heç bir nəticə əldə edə bilmədim. Orada təmsil olunan heç bir qrup haqqında ətraflı məlumat ala bilmədim. Son nəticədə gürcü mediasında təmsil ounan tanişlarımdan məlumat aldım

– Bu nədən irəli gəlir? Məsələn, türk və azərbaycan kanallarına baxmaqdanmı yoxsa nədən? Problemin özü nədədir və həlli nədədir? 12244609_1077656702244460_2529235309258196691_o

– Bir neçə uşaqla danışdım, baxdım ki, bizimkilər qorxur, sanki, elə proseslərə qoşulmaqdan, hansısa tərəfdə iştirakçı olmaqdan, hətta melumata malik olmaqdan.

Bir neçə qız vardı, soruşdum, deyir dərslər bağlanıb, getmirik amma səbəbini soruşuram, mövqeyini soruşuram, heç nə demir, sanki, proseslər onun universitetində getmir. Elə bil, dərsləri etirazlara görə dayandırılan mənim dərslərimdir, laqeyd idilər. Kiminsə problemi həll etməyini gozləyirdilər, sanki. Bu da ondan irəli gəlir ki, özününkü sanmırlar ya da bilirlər ki, onlara uzaqdır bu işlərdə iştirak.

Bəlkə də mən düz bilmirəm, bəlkə də onlar haqlıdır mən az müddətdir burdayam.

– Gürcüstandan Azərbaycana nələr aparacaq və dost-tanışla nə kimi təəssüratlar paylaşacaqsan?

– Düzü Gürcüstan mühitindən ayrılmağı düşünmürəm, hələ təhsilim davam edir. Burada olduğum müddət ərzində çox xatirələrim oldu. Amma əminliklə deyə bilərəm ki, əksər günlərim xoş keçib dostlarıma və ətrafıma da pozitiv əhvalatlar danışacağam. Bir də ki, Gürcüstan Azərbaycana elə də uzaq ölkə deyil. Gürcü cəmiyyətində Azərbaycan haqqında çox informasiya olmasa da Azərbaycanda bunula müqayisədə gürcü cəmiyyəti haqqında daha çox məlumat var.

– Gürcüstanda oxumaq ya yaşamaq istəyən Gürcüstan, sonra da Azərbaycan azərbaycanlılarına nə məsləhət verərdin?

– Gürcüstanda oxuyan və hələ də oxumaq istəyən çox sayda Gürcüstanlı etnik Azərbaycanlı tələbə var. Məsləhətim odur ki, real yəni öyrənə biləcəkləri təhsilin ardinca getsinlər. Adı şanlıdır deyə ixtisasa gedib vaxt sərf eləmək olmaz. Gürcüstanda çox sayda standartdan kənar universitetlər var və orada etnik azərbaycanlıların sayı hədsiz çoxdur. Düşünürəm ki, pul sərf etməklə belə təhsil yerlərində heç nə əldə edə bilməyəcəklər. Diplom almaq xatirinə oxumaq dövrü keçdi artıq və bir neçə ildən sonra biliyi olmayan insanların iş tapmağı tanışlıqla belə mümkün olmayacaq.

Azərbaycan etnik azərbaycanlılarına isə onu demək istərdim ki, adı universitet olub heç bir təhsil verməyən yerlərdən uzaq olsunlar, elə yerlər ancaq diplom verir amma əsl təhsil vermir. Əziyyət çəksinlər amma real təhsil alsınlar, sadəcə attestatla qəbula aldanmasınlar. Tanınmış deyərkən TSU, Black See, GIPA, Texniki universitet ve digərlərini nezerde tuturam.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.