Gürcüstandan Azərbaycana külli miqdarda psixotrop maddənin aparılmasına cəhd edilib

0

Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda psixotrop maddənin Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısını alıblar.Azərbaycan mətbuat vasitələrinin verdiyi məlumata əsasən  Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gedən Azərbaycan vətəndaşı Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi “Mercedes Benz-250” markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə adıçəkilən vətəndaşdan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməyən malların, qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olub-olmadığı soruşulub. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş predmetlərin olmadığını bildirib.

Bundan sonra hal şahidlərinin iştirakı ilə R. Qasımlımlının idarə etdiyi “Mercedes Benz-250” markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcəyinin arxasından, yəni yanacaq çəni kəsilərək düzəldilmiş gizli saxlanc yerindən 10 min 80 həb “Xanax 0,5 mg” və 2070 həb “Rivotril” adlı dərman preparatları aşkar edilərək götürülüb.

 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.