Gürcüstanda azərbaycanlı müəlliflərin kitabı çap olunub

0

Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, alim Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap lunub.

Kitablar Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görüb.

Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu bildirib ki, dünyanın bir neçə dilində C. Məmmədquluzadənin hekayələr kitabı işıq üzü görsə də, gürcü dilində ilk dəfə nəşr olunur.

Kitabın nəşr olunması ideyası və “Ön söz”ü akademik İsa Həbibbəyliyə məxsusdur.

Nəşrin redaktoru Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, tərcüməçisi yazıçı Almaz Mirzəoğludur.

 “Yağmur qoxusu” kitabında isə M.Qasımlının müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.