Keçən aylarda TV-də informasiya proqramına baxarkən yaşlı bir qadının ibrətamis bir həyat hekayəsini dinlədim. Hindistanlı qadın 72 yaşında orta məktəbə girmişdi. Ondan bunu səbəbini soruşanda o, “həyatda oxumağı çox istəmişəm amma, buna nə zamansa imkanım olmayıb, ilk öncə övladlarımı, sonra övladlarımın övladlarını oxutdum, indi özümə ayırmağa zamanım da var, imkanım da, mən də təhsil almaq qərarına gəldim” cavabını verib.
Təhsil bəzi insanlar üçün bu qədər arzulanan, can atılan bir məqsəddirsə, bəziləri üçün isə sadəcə məcburiyyətdir. Təhsil və təhsilli insanlar dünyanı xilas edəcək deyəndə, quru sözlər demək yerinə, əskinə, təhsilin mənim üçün böyük əhəmiyyətini vurğulayıram. Oxumaq, kitablar, gəzmək, tanış olmaq, həyatda yoxlamaq, təcrübədən keçirmək, şübhə yaratmaq, sual vermək, düşünmək və s. bunlar hamısı təhsildir, təhsili bütünləşdirənlərdir.
Çoxlarımız üçün “təhsil” deyəndə ağıla ilk gələn ali təhsildir. Yerli universtetlərdə oxumaq kifayətdirmi? Hər nə qədər yüksək səviyyəli universitetdə oxusaq da, Gürcüstanla kifayətlənməliyikmi? Ölkə dəyişimi bizə nə kimi imkanlar yarada və nə kimi təcrübə qazandıra bilər?
Bu barədə Gürcüstanın “təhsil sərhədini” aşan, çox uğurlu və qarşısına xeyli məqsəd qoymuş bir gənclə söhbət etdik. Emin Yadigarov Gürcüstandan xaricə, xaricdən də xaricə gedən bir tələbəmizdir.
Bir dəfə Eminlə Marneulidə ictimai mühazirədən sonra kiçik söhbət etdik. O, mənə valideynlərinin əslində maddi imkanlarının çox yaxşı olduğunu, lakin, bir fərd kimi formalaşmaq, valideynlərindən asılı olmamaq, özünü kəşf etmək üçün valideynlərindən bir qəpik almadan xaricə tamamilə pulsuz getdiyini söylədi.
Sonra belə maraqlı insanla daha uzun söhbət etmək qərarına gələrək, sizlərə suallarıma verdiyi maraqlı cavabları təqdim edirəm.
Nərmin Hüseynova
– Emin Yadigarov kimdir?
– Özünü bilmək və tanımaq və bu dünyada “mən də varam” demək
üçün axtarışda olan bir insan – qısacası özüm haqqindak düşüncələrim budur. “Mən də varam” deyə bilmək çox önəmlidir bu həyatda cünki, nə olduqlarını bilməyənlər, nə dediklərini də bilməzlər.
Orta məktəbi Gürcüstanda Rus sektorunda bitirdikdən sonra, ali təhsilimi xaricdə davam etdirərək, Türkiyənin Sakarya şəhərində Tarix və Anadolu Universitetinin Beynalxaq Əlaqələr Fakultetlərində davam etdirdim. Yuxarıda geyd ettiyim kimi “mən də varam” deyə bilmək üçün təhsilimi eyni yerdə davam etdirmək mənə biraz monoton gəlirdi. O zaman ilk axtarışıma çıxdım “xaricin daxlindəki” təhsil ocaqlarına getmək, orda təhsil almaq üçün əlimə şans düşdü. 3-cü kursda Bursa şəhərinin Uludağ Universitetinə qəbul olaraq, təhsilimi orda davam etdirdim, bir il burda təhsilimi tamamladıqdan sonra yayda ilk dəfə “xaricdən-xaricə” getmə şansım oldu. Qısa müddətliyinə Polşanin Bialistok Universitetində 1 aylıq kimi bir təcrübə keçdikdən sonra, təkradan Sakaryaya qayıdıb 2012-ci ildə bakalavr təhsilimi başa çatdırdım.
Daha sonra “Türkiyə Bursları” çərçivəsində Selcuq Universitetinin Siyasi Tarix magistr proqrammına qəbul oldum. Dərslərimi tamamladıqdan sonra, diplom işimi araşdırmaq üçün bu səfər uzun müddətlik “xaricdən-xaricə” təkrardan qəbul olaraq Praqa Universitetində elmi tədqiqatlarıma davam etdim, paralel olaraq fənlərarası təhsil də (multidisciplinary) alaraq tədqiqatlarımın gedişatını və elmi dünyagörüşümü dəyiştirərək dayaz və düz məntiq metodundan uzaqlaşıb, fənlərarası əməkdaşlıq əsası çərçivəsində tədqiqatımı davam etdirirəm, demək olar ki, artıq sonuna doğru yaxınlaşmışam.
– Təhsilin əhəmiyyəti nədir sənin üçün?
– “ Təhsildir ki bir milləti ya azad, müstəqil, şanlı, yüksək bir birlik halında yaşadar; ya da milləti əsarət və səfalətə tərk edər” deyən Atatürk təhsilin əhəmiyyətini gözəl vurğulamışdır.
Moskva Dövlət teatrının divarlarında çat əmələ gəlmişdi. Təməldən dama qədər uzanan bu çatlar bütün binaları yıxıb içindəkilərə və ətrafa zərər vermə təhlükəsi doğurmuşdu. Araşdırma edən mühəndislər, binanın bir neçə yerindən təməlləri açdıqdan sonra, artıq çürüməyə üz tutmuş böyük daş binanın, vaxtilə taxta təməllər üstünə inşa edildiyini fərq etmişlər.
O zamanın ustalıq məlumatına görə bu təməlin kifayət dərəcədə möhkəmlikdə olduğu düşünülmüşdü. Ancaq aradan keçən zaman içində yer altındakı taxta dirəklər çürüdüyündən, binanın təməli sürüşməyə başlayaraq divarlarında çatlar meydana gəlmiş. Ortaq qərar alan mühəndislər binanı yenidən inşa etməyə başlamışlar və alınan nəticə çox müvəffəqiyyətli idi, bina möhkəm olmuşdu. İşdə, “təhsilin əhəmiyyəti”, bu teatr binası kimidir, ”köhnəlmişi yeniləmək”.
Bilirsən, millətlərin içində daim nəsillər yaşar, əvvəlki nəsil sonrakı nəsil üçün bir parça buraxar gedər. Ancaq yeni nəsillərdən köhnəlmiş və zamanı keçmiş təhsil və idarə formalarına riayət etməsi gözlənilməməlidir. Yeni nəsillər daha məntiqli, daha ədalətli və daha möhkəm təmələ söykənən təhsil formaları tətbiq etməlidir ki, nəsillər arası dialoqlar təmin edilmiş olsun, yoxsa yeni nəsil köhnəni tamamilə inkar edərək bir müvəffəqiyyətə da çata bilməz. Bəzi ölkə və bölgələrdə qörürsən ki, dövlət adamları, xalqın idarəsini və təhsilini yavaş-yavaş düzəldilməsi lazım olduğuna inanır və ya anlamamazlıqdan gəlir. Laqeyd və əhəmiyəti olmayan bir təhsildə bütün nəsillərdə Teatrda olduğu kimi yavaş-yavaş çatlar meydana gəlir, dövlət və idarə, bundan daha önəmlisi bizlər, bu çatların bir an əvvəl qarşısını almazsaq, çatlar dərinləşərək o ölkəni, cəmiyyəti və bizləri ziyana aparar. Bu səbəblə “köhnəlmişi yeniləmək” təhsildə ən əhəmiyyətli şey olduğunu düşünürəm.
– Yaxşı təhsil almaq üçün nələr lazımdır?
– Bu çox əhəmiyyətli bir sualdır. Yaxşı təhsil almaq üçün yaxşı müəllim seçməlisən. Yaxşı təhsilin 50%-i müəllimlərdən aslıdır. Bilirsən, mənim davamlı dəyişimlər etməmin ən önəmli səbəblərindən biri də “peşəsini sevən müəllimlərin” ortaq xüsusiyyətlərini araşdırmaq oldu. Araşdırmalarım nəticəsində belə bir qənaətə gəldim ki, dərs seçməzdən əvvəl müəllimlərin əsərlərini, yazdığı məqalələrini oxuyub, verdiyi konfranslara qatılaraq, onlarda 4 xususiyət fərq etdimsə, bu müəllimin dərsinə qatılırdım. Bunlardan birincisi və ən əsası “gülər üzlü” olması, ikincisi “peşəsini sevən”, ücüncüsü əzbərdən uzaq, davamlı özünü yeniləməyi bilən, kompüter, internet, xarici dil kimi dünyaya açılan vasitələrdən və texnoloji yeniliklərindən faydalanmağı bilən və son olaraq təvazökar və tələbəsiylə daima ünsiyyətdə olan, yeri gələndə “dost”, “ata”,”qardaş” ola bilməyi bacan müəllimlər bizim yaxşı təhsil almamızda çox önəmli rol oynayırlar cünki, onların bir davranışı bizim bütün gələcəyimizi dəyişdirə bilər.
İkinci kursda oxuyarkən bir dərsdən qalmışdım, məni keçirməsi üçün müəllimdən xahiş etmək üçün yanına getdim. Otağına daxil olduqdan sonra “Sizə hörmət edəcəm, məni bu dərsdən keçirin deyə” bir xahiş etdim. Müəllim mənə cavab olaraq “sən Gürcüstandan gəlmisən, sənin bu əxlaqsız təklifinə görə dissiplinaya verərdim və universitetdən uzaqlaşdırardım. Siz bura oxumaq üçün gəlibsiz yoxsa bu cür təkliflər etməyə? Deyəlim ki, sənə 100 verdim, bəs sənin 100-lük savadın yoxsa? O zaman deməyəcəklərmi ki, “səni öyrədən müəllimə lənət olsun”?? Bax, övlad, oturduğun sıranın haqqını ver, sənin yerində olmaq istəyən amma ola bilməyən yüzlərlə insan var, bu sıranın haqqını əgər verə bilməsən, sabah o sıra səndən haqq tələb edəcək”. Bu sözlərdən sonra özümdən utanaraq və sıranın haqqını vermək üçün çalışmağa başladım. Mənə akademikliyi və təhsili sevdirən bu növ müəllimlər oldu, bu gün onların sayəsində bu yerdəyəm.
– Xaricə təhsil almağa gedəndə xaricdən sadəcə təhsilmi almaq olur? Təhsildən başqa nə almaq olar?
– Təhsilimi artırmaq üçün getmişdim ancaq, burda yaxşı təhsilin yetmədiyini fərq etdim. 20-ə yaxın fərqli ölkələrin tələbələriylə dərs alırdım, çox maraqlı bir sistemimiz var idi, müəllimlər dərsi çox fərqli işləyirdi. Məsələn, məllim bizə öz cəmiyyətini tanıtmaq üçün hər həftə fərqli mövzularda ev tapşırığı verirdi, ya o həftə teatra gedib təhvil verməliydik, ya bu muzeyi ziyarət edib onun haqqında məlumat toplamalıydıq, mütləq çex mədəniyyətinə ait film, bəstəkarları tanımaq, ən az onların bir operasına qatılmalıydıq, uşaq evlərini ziyarət etmək, ya da çex orta məktəblərini ziyarət edərək öz ölkəni təqdim etməliydin, bunlar hamısı sənin bir illik dərs yükün idi. İlin sonunda anladım ki, xaricdə sadəcə təhsil almadım, eyni zamanda “sosyal”, “həryönlü” bir vətandaşada dönüşmüşdüm. Avropalı tələbələr zatən bu şeyləri balaca vaxtından almışdılar, onlar bunu təkrar edirdi, mənsə yeni əməkləməyə başlayan biriydim, bu səbəblə, bir Almandan 5 qat daha çox belə fəaliyyətlərə qatılmalıydım,bir İtalyandan daha çox muzeyə getməli, bir Yapondan daha çox səyahət etməliydim.
Dostlar, əqrəbalar, hətta ailəm belə mənim çox səyahət ettiyimdən şikayət edirdi – “Səni oraya oxumağa, yoxsa gəzməyəmi göndərdilər”. Ancaq onlar bunu bilmiridilər ki, mən bu yerlərə gəzmək üçün getmirdim, cəmiyyətləri tanımaq, onların yaşam təcrübələrini öyrənməliydim, yəni, qısacası, gəzdiklərimi oxumalıydım. Bunun üçünsə gəzib görməliydim cünki, görməklə oxumaq arasında çox böyük fərq var, ancaq gördüklərimi oxumaq tam başqa birşeydir.
– Xaricə getməzdən əvvəl olanla indiki Emin arasında nə fərq var?
– Kəpənək bir dəfə qanadlandımı, bir daha əsla kəpənək tırtıl olmaz. İnsan da elədir. Dünənki özünlə bu günkü özün arasında fərqi gördünsə, sabahkı “sən” çox fərqli olur cünki, bu bir ehtiyacdır – daima özümüzü yeniləmək. Xarici tələbə dostlarımızda eləydi, əsla bir yere iki dəfə getməzdilər. Maraqlı bir yaşantıları varıydı, hər həftə fərgli planları olurdu,təsəvvür et,bu günü sabahtan fərglənirdi,onlara baxaraq məndə birçox fərgliliklər etdim, fərgli yollar yoxlayaraq Universitetə getdim, bir transportu dəvamlı istifadə etmədim,bir maxnıyı iki kərə dinləmədim, eyni yolu mümkün mərtəbə təkrar getməməyə cəhd etdim və ən əsası tələsimədən hamsını yavaş- yavaş etdim,bu mənə həyata fərgli prizmandan baxmağıma,bir çox pis alışqanlıqlarımdan qurtulmama,zehnimi məşğul edən cavabı olmayan və məni narahat edən çox şeyi,azda olsa təxirə salmama köməyi dəydi,insanın arada özünən uzaqlaşması gözəl birşeydir.
– Xaricə təhsil alarkən qarşılana biləcək çətinliklər nələrdir? Sən hansı çətinliklərlə qarşılaşdın? Bunlar sənə nə öyrətdi?
– Bir çox çətinlik var idi, ancaq, onu deyim, mənim üçün ən çətin olan şey biganeliklər idi. Otaq yoldaşım yemək pişirib, gətirip otaqda sənə təklif etmədən gözünün qabağında yeməsi və sənin ona baxaraq umudla təklif etməsini gözləmən dayanılmaz bir an idi. Hələ də yemək yaxşı bişirə bilməyən biri üçünsə dözülməzdi J. Sonra Çex tələbələrin dərslərdə burunlarını qüvvətli hınkırmaqları, su xortumu kimi qəribə səslər çıxardılmasına alışa bilmirdim və bunlar burda normal sayılırdı. İnanırsan, mən də yoxlayım dedim, görüm yüksək səs çıxarda biləcəmmi amma, bacara bilmədim, da onlardan da utandım soruşmağa, belə səs çıxarmağı hardan öyrənibsiniz deyə J
Bir şey var, hara getsək də, Kafkas mentalitetindən aldığımız bəzi dəyərləri də özümzlə aparırıq, bu həyatımızın bir parçasıdır. Bunun sıxıntısını dəfələrdə yaşadım. Bilirsən, adi yaşlı adam nəqliyyət vəsitəsinə minəndə hörmət üçün qalxmayılıq. Bir kərə Praqada bunu etdim, elə baxdım hamı mənə baxır, yaşlı adam mənə qayıdaraq – “təşəkkür edirəm, oğul, otur mən yox sənsən yaşlı” deməsi çox təəccübləndirmişdi. Bəzən də bir mövzunu anlatmaqda çox çətinlik çəkirdim, xususi olaraq bizim toy ədətlərini, kaset evliliklərini və yengə mədəniyətimizi dəfələrlə anlatmama rəğmən, başa sala bilmirdim, nə də mən onların zarafatlarını başa düşürdüm. Ancaq bunları zaman keçdikçə üstəsindən gəldim, hətta, o dərəcəyə gəldim ki, Türkiyəyə qayıdanda “biganə” və “ duyğusuz” olaraq gördüyüm Avropalı dostlarım arxamnan su töküb, bəzilərinin də gözü dolmuşdu. Bir parçamı orda buraxmış, onlardan bir parça almışdım. Mədəniyyətlər alış-veriş edilərək zənginləşir, nə içimizə qapanıb tam Qafqazlı kimi olmalıyıq, nə də tam onlara oxşamağa cəhd etməliyik, hər şey özüylə, öz yerindəkiylə və ona əlavə etdiyin yeniliklər və qazandırdıqlarınla zənginləşir.
– Xaricdən qazandıqlarını nədə, kim üçün və necə istifadə edəcəyini düşünürsən?
– Orda akademiklərimdə gördüyüm ən gözəl xüsusiyyətlərindən biri də “biganə qalmamaq üçün mən də varam” adlı layihədə müəllimlərimin iştirak etməsiydi. Bəzən baxırdıq, bir həftəliyinə Hindistana gedib orda kriminal bölgədə uşaqlara dərs deyirdilər, bir də baxırdın adamlar xərçəng xəstəsi olan insanlara “könüllü kitab oxumaq” üçün ziyarətə gedirdilər, Afrikaya gedən müəllimimiz oldu. Yəni o zaman mən də anladım ki, birşeyi “ ögeyləştirmək”, “burası bataqlıqdır” demək yerinə, bütün bunlara rəğmən, burda necə var ola bilərəm, bataqlığa biganə qalaraq deyil, buranı necə bir gülə çevirə bilərəm demək və bunu etmək üçün mən də “ biganə qalmamaq üçün mən də varam” adlı layihələrdə iştirak etməyə və könüllü olaraq müxtəlif ölkələrə gedərək, insan yetiştirmək və daha yaxşı bir dünya üçün çalışmam gərəkli olduğunu anladım. Ancaq bunun üçün əvvəlcə özümü yaxşı yetiştirməliyəm, hələ kifayət qədər bilikli, savadlı, dünyagörüşlü olmadığımı düşünürəm.
– Gürcüstan vətəndaşlarına xaricdə təhsil almaq barədə nə məsləhət verərdin?
– Kitabsızlaşmiş və kitabxanasızlaşmiş bir gənçlik var, bədənləri gənç ruhları isə param-parça. Universitetlərimiz “diplom bazarı”, məqsədimiz “diplom almaq” olub. Öz tənqiddən uzaq, etdiyi işin əhəmiyyəti yerinə aldığı pula əhəmiyyət verən bir nəsillə qarşı-qarşıyayıq. Bunun üçün bu nəsil çox amma çox çalışmalıdır, universitetə gedib yaxşı qiymət almaqla işin bitmədiyini, zamanadan geri qalmamaq üçün və “mən də varam” demək üçün öz üstümüzdə çox işləməliyik. Bunun üçün mütləq “uğurlu insanların həyatlarını” incələmək, onların davranışlarını və onları fərgləndirənin nə olduğunu görmək önəmlidir.
Xaricə getmənin çətin olduğu qədər, buraya ayaq uydurmanın daha çətin olduğunu dərk edərək, bunun fərqində olub, bir almanın nizam-intizamından iki qat daha yaxşına sahib olmaq, bir yapondan iki qat daha çox kitab oxumaq, bir rusdan daha çox idealist olmalıyıq. Zamanamızın birər ictimai mühəndisi olub, sağlam təməlli teatırlar tikməliyik ki, sabah “ feysbuka girən qıza yaxşı baxmıram deyib, digər gənc də bacısının ora girdiyini əsas gətirib namus-qeyrət söhbəti salıp” vuruşan nəsil deyil “Feysbukda nöqsanlıqlar tapan, araşdıran, birbirimizdən daha yaxşı olan” bir gələcək inşa etməliyik, umutsuz deyiləm amma, asan olmayacağını da demək istəyirəm.
– Sonda Emin bizimlə xaricdə başına gələn ən yadda qalan hadisəsindən bəhs edir
– Nyutonun altında oturduğu alma ağacının budağından düşən bir alma məşhur elm adamının başına düşməsi nəticəsində cəzibə qüvvəsi qanunu tapılmışdı. Mənim həyatımda da ən yadda qalan hadisələrdən biri də “almayla” başladı. Yuxarda geyd etmişdim ki, Avropalı tələbələr daha çox individuallığa üstünlük verilər. Bir kərə Almanyadan olan dostuma almamın yarısını kəsib uzatdım, adam əvvəlcə təəcübləndi, sonra dəfələrlə təşəkkür etdi mənə. Bir gün gördüm ki, məni otağına dəvət edərək anasıyla SKYPE-dan danışmağımı xahiş etdi, anası da mənə “almaya” görə təşəkkür ettiyini bildirərək evlərinə qonaq dəvət etdi. Yarım almayla Almanyada 2 gün qonaq oldum, həm Avropalı ailə yaşantısı ilə yaxından tanış olma şansım oldu, həm də dedim, görəsən, almalarımın yarısını paylaşaraq bütün Avropaya qonaq ola bilərəmmi.