DİN 26 həbb “suboksin” aşkar etdi

0

DİN-in Kaxeti Departamentinin və Saqareco Rayon İdarəsinin əməkdaşları birgə keçirilən operativ-istintaq tədbirləri nəticəsində, 1978-ci il təvəllüdlü Teimuraz Q.-nı xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə etmə-saxlama ittihamı ilə saxladılar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən hüquqmühavizəçilər Teimuraz Q.-nı Tbilisidə, Kedi küçəsində saxladılar.

Polis saxlanılan şəxsin üzərində fərdi axtarış zamanı 26 həbb narkotik vasitə “suboksin” aşkar etdi. Ekspertlərin rəyinə əsasən ittiham edilən şəxsdə aşkar olunan narkotik vasitə ümumilikdə 0,208 qr. buprenorfin tərkiblidir.

Narkoloji yoxlamadan sonra Teimuraz Q.-nın marixuanna istifadə etdiyi təyin edildi. İttiham edilən törədilən cinayəti etiraf edir.

İstintaq xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanılması faktı üzrə aparılır (Gürcüstanın CM-nin 260-cı maddəsinin, 6-cı hissəsinin “a” aşağı bəndi ilə).

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.