“Darispanın əziyyəti”-nin azərbaycan premyerası “Hərəkət Teatrında” keçirildi

0

Noyabrın 1-də Tbilisidə, Hərəkət Teatrında (“Modzraobis Teatri”), Tbilisi Azərbaycan Dövlət Dram teatrının növbəti tamaşasının premyerası keçirildi. David Kldiaşvilinin əsəri ilə hazırlanan “Darispanın əziyyəti” adlı tamaşa üç (gürcü, türk və azərbaycan) dildə oynanıldı. Premyerada Gürcüstanın Mədəniyyət Naziri Mixeil Giorqadze iştirak etdi. Layihə Gürcüstanın Mədəniyyət Nazirliyi və Tbilisi şəhər meriyasının dəstəyi ilə həyata keçirildi. Tamaşada, Darispanın rolunu Türkiyədən dəvət olunan teatr aktyoru Necati Zengin ifa etdi. Azərbaycanlı həmkarları ilə birlikdə, tamaşada Gürcüstanın əməkdar aktrisası Laura Rexviaşvili də rol aldı. Türk aktyorunun Gürcüstana gətirilməsinə maddi dəstəyi, Türkiyənin Gürcüstandaki Səfirliyi və Yunus Emre Mədəniyyət Mərkəzi göstərdilər. Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandaki Səfirliyindən premyerada iştirak edən olmayıb. 

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.