“Əli və Nino”-nun gürcü premyerası “Amirani” kinoteatrında keçirildi

0

Qurban Saidin “Əli və Nino” adlı romanının Britaniya ekranizasiyasının premyerası oktyabrın 22-də “Amirani” kinoteatrında keçirildi. Gürcü ictimaiyyətinə premyerayı “Sokar” və “Rustaveli Holdinq” şirkətləri təqdim etdilər.  Premyerayı Gürcüstanın Mədəniyyət Naziri və azərbaycan Respublikasının Gürcüstandakı səfiri açdılar.  “Əli və Nino” filminin rejissoru Britaniyalı dokumentalist Asif Kapadidir, ssenari müəllifi isə, – oskar sahibi olan Kristofer Hemptondur. Qeyd etmək lazımdır ki, “Əli və Nino” filminin musiqisini də oskar sahibi olan Dario Marianeli yazıb.  Filmdə izləyiciyə yaxşı tanış olan aktyorlar oynayırlar, onların arasında Daniyalı ulduz Konin İlsen, (“Şeytanın advokatı”, “Qladiator”, “Nimfomaniak”), Mendi Patinkin (“Homeland”) və digərləri. Nino Kipianinin rolunu İspanyalı aktrisa Maria Valverde oynayır. Qurban Saidin romanı “Əli və Nino” 30-dan artıq dilə tərcümə olunub və 100 dəfə çapdan çıxıb. Roman Əli Şirvanşah və Nino Kipiani arasında yaşanan əvsanəvi sevgiyi təsvir edir. “Əli və Nino” filminin gürcü dilində dublyajını oktyabrın 23-dən Gürcüstan kinoteatrlarında görmək olar.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.