Əfqanıstanda partlayış nəticəsində dörd ABŞ hərbçisinin öldüyü təsdiqlənib

0

ABŞ-ın müdafiə naziri Eşton Karter  NATO-nun Əfqanıstanın Pərvan əyalətindəki “Baqram” hərbi bazasında törədilən partlayış nəticəsində dörd amerikalının öldüyünü təsdiqləyib. Karterin məlumatına əsasən, ölənlərdən ikisi hərbçi, ikisi isə müqavilə əsasında bazada çalışan işçilərdir. İnsident nəticəsində NATO-nun “Əzmli dəstək” missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb. Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.